"Konora Events", 2023-cü ildə təsis olunmuş "Turkon MMC" şirkətinin əmtəə nişanıdır. Turkon MMC yerli və beynəlxalq konqreslərin, tədbirlərin, simpoziumların və s. təşkilatçılığını professional şəkildə həyata keçirir. Təşkilatçılığımız məkan olaraq həm Bakı şəhəri və regionlar, eləcə də ölkə xaricində keçiriləcək tədbirləri əhatə edir. İştirakçı sayından və həcmindən asılı olmayaraq partnyorlarımıza şəffaf və peşəkar xidmət göstərmək əsas meyarımızdır!
MƏQSƏDİMİZ
Məqsədimiz: müxtəlif profilli sektorlarda milli və beynəlxalq tədbirlərin təşkilində Peşəkar Konqres Təşkilatçılısı olaraq güvənli tərəfdaş olmaq, tədbirin aparıcısı ilə şəffaf əməkdaşlıq qurmaq, dürüst olmaq
işi vaxtında və düzgün yerinə yetirmək, təşkilatı gözləntilərə uyğun inkişaf etdirmək, əməkdaşlıq iştirakçılarını və tədbirin ev sahibini qane edəcək şəkildə idarə etməkdir.